Milli komandamızın üzvü olan Ufuk Budakın çıxış etdiyi “Əskişəhərspor”da yeni baş məşqçisinin kim olacağı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, “Bursaspor”a tarixində ilk çempionluğu qazandıran Ərtuğrul Sağlamdır.
O, dünən klub prezidenti Məsut Hoşcanla görüşdükdən sonra mətbuat nümayəndələri önünə çıxıb. Hoşcan Sağlamla ilkin olaraq razılaşdıqlarını bildirib. Ərtuğrul Sağlam sabah Bakı vaxtı ilə saat 21:30-da “Atatürk” stadionunda yerli azarkeşlərin gözü önündə müqaviləyə imza atmaqla rəsmən “Əskişəhərspor”un baş məşqçisi olacaq.
Qeyd edək ki, bundan öncə Ufuk Budakın baş məşqçisi Ərsun Yanal idi. Ancaq onun dönəmində “Əskişəhərspor” çempionatı 8-ci sırada bitirdiyindən komanda Avroliqada mübarizə aparmaq imkanından məhrum olub.
İdman24.az