"Qonaqları Bakıda salamlayıram. Bu, gözəl şəhərdi. Hamıya uğurlar diləyirəm və ədalətli oyun arzulayıram. Ümid edirəm ki, bu turnirdən sonra “Araz”ı bütün dünya tanıyacaq". Fanat.az xəbər verir ki, "Araz" klubunun baş məşqçisi Joze Alesio sabah UEFA Kubokunun "Dördlər finalı" çərçivəsində “Barselona”ya qarşı keçiriləcək yarımfinal oyunu haqda danışarkən deyib.
“Araz”ın baş məşqçisi Joze Alesio yığmanın son Avropa çempionatındakı uğursuzluğunun yetirmələrinin "Dördlər finalı"nda çıxışına təsir etməyəcəyini bildirib. "Bu, iki müxtəlif yarışdı. AÇ-ni geridə, keçmişdə qoymuşuq. İndi bizi yeni yarış gözləyir. Burada bacardıqca uğurlu çıxış etmək istəyimiz var".
Braziliyalı mütəxəssis “Araz”ın yeni oyunçuları haqda da danışıb: “Yeni oyunçuları mən özüm seçmişəm. Onlar uyğunlaşma dövrünü keçiblər və ümid edirəm ki, qarşıdakı turnirdə bizə kömək edə biləcəklər”.
Fanat.az