“Barselona”nın hücumçusu Lionel Messi gələcək karyerası ilə bağlı açıqlama verib.
Qol.Az-ın yaydığı xəbərə görə, 25 yaşlı futbolçu deyib ki, “Barselona”dan sonra harada oynayacağını bilmir: “Çünki mən “Barselona”dan başqa heç bir komandada oynaya bilmərəm. Amma buna baxmayaraq, gələcəkdə nə olacağını deməkdə çətinlik çəkirəm”.
Argentinalı hücumçu komandasının uğurlarının əsas səbəbkarı kimi onun adının hallanması ilə razılaşmayıb: “Barsa”nın qələbələ komandanın ruhundadır”.
İdman24.az