Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı start götürüb. 1000 metr məsafəyə yeniyetmə kanoeçilərin 1 nəfərlik qayıqla yürüşündə Azərbaycan təmsilçisi Aleksey Kupin finala yüksəlib.
Seçmə yürüşdə finişə 4 dəqiqə 3,886 saniyəyə çatan 18 yaşlı idmançımız 1-ci yeri tutub. Nəticədə o, birbaşa əsas finalda iştirak hüququna yiyələnib. Həlledici yürüş iyunun 29-da Bakı vaxtı ilə saat 12:13-də olacaq. Daha 3 təmsilçimiz 1000 metr məsafəyə 1 nəfərlik qayıqla seçmə yürüşdə ilk "7-liy”ə düşərək, yarımfinala vəsiqə qazanıb. 23 yaşadək kayakçıların mübarizəsində Məhəmmədtahir Hüseyniafşar finişə 3 dəqiqə 46,568 saniyəyə 5-ci çatıb. Bu yaş qrupundakı kanoeçimiz Taras Matviyçuk eyni məsafəni 4 dəqiqə 13,920 saniyəyə 6-cı yerdə başa vurub. Yeniyetmələrin mübarizəsində kayakçımız Amil Hüseynli 3 dəqiqə 56,293 saniyə nəticə ilə 7-ci olub. Məhəmmədtahir Hüseyniafşar - Mirnazim Cavadov – Tamerlan Mustafayev - Aleksandr Piçugin kvarteti isə 4 nəfərlik kayak qayığı ilə yürüşdə finişə 3 dəqiqə 17,608 saniyəyə 9-cu yerdə çataraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, kayak və kanoeçilərimiz Avropa çempionatında 500 və 200 metr məsafələrə yürüşlərdə də iştirak edəcəklər.
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol