Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən Qran Pri turnirində gümüş medal əldə edib.
Fanat.Az xəbər verir ki, idmançımız çoxnövçülükdə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Birinci yeri Fransa, üçüncü sıranı isə Macarıstan idmançıları tutub.
Qeyd edək ki, turnirdə Zöhrə Ağamirova ilə yanaşı, böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığmanın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina da mübarizə aparırlar.
Qran Priyə aprelin 9-da yekun vurulacaq.