Sabah Antalyada bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın dörd idmançısı iştirak edəcək. Kişilərin yarışında Nikita Simonov və İvan Tixonov, qadınların turnirində isə Nazənin Teymurova və Samirə Qəhrəmanova mübarizə aparacaq.
Qeyd edək ki, AÇ həm də dünya çempionatının seçmə mərhələsidir.