UEFA Türkiyə “Beşiktaş”ı ilə “Fenerbahçe” klublarından sonra indi də iki Yunanıstan komandasını avrokuboklardan kənarlaşdırıb. Azerisport.az xəbər verir ki, ali qitə qurumu Yunanıstanın “PAS Qiannina” və “Panatinaikos” klublarını ağır cəzalandıraraq, hər iki komandanı bir illik avrokubok oyunlarından kənarlaşdırıb.
Qeyd edək ki, UEFA bu qərarı Maliyyə Nəzarət Komitəsinin araşdırmasından sonra verib. Belə ki, “PAS Qiannina” və “Panatinaikos” UEFA-nın lisenziyalaşdırma və “Fair-play” qaydalarına əməl etməyib.
İdman24.az