Antalyada (Türkiyə) Azərbaycan komandasının iştirakı ilə idman gimnastikası üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, ikinci yarış günündə qadınların çoxnövçülük üzrə təsnifat mərhələsi keçirilib. Dörd diviziona bölünən iştirakçılar həm mütləq çempionatın, həm də fərdi yarışlarda finala çıxmaq uğrunda mübarizə aparıblar.
Azərbaycanı yarışlarda Nazənin Teymurova və Samirə Qəhrəmanova təmsil ediblər. Teymurova ümumilikdə 44.631 xal toplayaraq çoxnövçülükdə 66-cı olub. Eyni zamanda o, tullanmada 13-cü nəticə göstərib.
Qeyd edək ki, daha əvvəl Nikita Simonov halqalarla hərəkətdə finala yüksəlib.