Əfsanəvi amerikalı basketbolçu Maykl Cordanın ayaqqabıları "Sotheby's" auksionunda rekord məbləğə - 2,2 milyon dollara satılıb.
Fanat.Az RTVİ-yə istinadən xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat verilib.
Bu, Cordanın 1997-98-ci illərdə "Çikaqo Bulls"da geyindiyi ayaqqabıdır.
Basketbol ayaqqabıları üzrə əvvəlki rekord 2021-ci ildə hərraca çıxarılan "Nike Air Ships"ə məxsus olub - 1,47 milyon dollar. 2022-ci ildə isə Cordanın 1998 NBA Finallarında geyindiyi forma 10,1 milyon dollara satılmışdı.
Mirağa