16:34 15.04.2023 312

QHT-lərdən müraciət: "İyrənclikdən başqa bir şey deyil"

"Turnirdə normal şəraitin təmin edilməsinə məsul olan şəxsin bayrağı təhqir edən barbar hərəkəti iyrənclikdən başqa bir şey deyil. Azərbaycanın sülhü bərqərar etməyə çalışdığı bir vaxtda Ermənistanda müəyyən dairələr sülh üçün şans verməməkdə qərarlıdırlar”.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycanın idman sahəsindəki qeyri-hökumət təşkilatları (QHT) Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətdə bildirib.

Müraciətdə idmanı öz nifrət mesajlarını çatdırmaq üçün alətə çevirmək istəyənlərə qarşı həmrəy olmaq çağırışı edilib:

“Biz - idman sahəsində fəaliyyət göstərən Azərbaycan qeyri-hökumət təşkilatları olaraq Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı baş vermiş xoşagəlməz hadisəyə beynəlxalq idman ictimaiyyətinin diqqətini cəlb etmək məcburiyyətindəyik. Tədbirin təşkilatçılarından biri Azərbaycan bayrağını yandırıb.

Biz həyatımızı bərabərlik, inklüzivlik və qarşılıqlı hörmətə xüsusi diqqət yetirməklə idmanın ümumbəşəri dəyərlərinin təşviq olunmasına həsr etmişik. İstənilən idman yarışında qalib gəlmək mühüm məsələdir, lakin vacib olan təkcə bu deyil.

Biz narahatlığımızı və qəzəbimizi ifadə etmək üçün söz tapa bilmirik. Burada söhbət təkcə hər bir xalq üçün ən müqəddəs olan Dövlət bayrağından deyil, bütövlükdə idmanın fundamental dəyərlərinə hörmətsizlikdən gedir.

Bu həftə İrəvana səfər edən idmançılarımız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 il ərzində işğal altında saxlayan ölkənin paytaxtına getdiklərini yaxşı bilirdilər. Buna baxmayaraq, Azərbaycan Ermənistanda keçiriləcək çempionatda iştirak etmək qərarına gəldi, çünki biz inanırdıq ki, idmanın əsl ruhu ölkələrimiz arasında gərgin münasibətlərin girovuna çevrilməməlidir. Yarış iştirakçılarının təhlükəsizliyinə zəmanət verən təşkilatçıların çoxsaylı bəyanatları da bizi ruhlandırmışdı.

Sizi idmanı öz nifrət mesajlarını çatdırmaq üçün alətə çevirmək istəyənlərə qarşı bizimlə həmrəy olmağa çağırırıq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

Facebookdan bizi izləməyi unutmayın.
X