Azərbaycan gimnastları Bakıda keçirilən bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turnirində qızıl medal qazanıblar.
Fanat.Az xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası bu dəfə 5 topla hərəkətlərin icrasında fəxri kürsüyə qalxıblar.
Qeyd edək ki, bu kollektiv daha əvvəl 5 iplə hərəkətlərdə.və çoxnövçülük proqramında gümüş medala sahib çıxıb.