Bakıda bədii gimnastika üzrə keçirilən "AGF Trophy" beynəlxalq turnirində Azərbaycan Gimnastika Federasiyası tərəfindən xüsusi təsis edilmiş mükafatın böyüklər arasında qrup hərəkətləri proqramında təqdimetmə mərasimi keçirilib.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, qrup hərəkətləri üzrə Azərbaycan yığmasının üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina ən yüksək icra xalına görə (3 lent və 2 top proqramı üzrə) "AGF Trophy" kubokuna layiq görülüblər.