Əvəzedici heyətlər arasında ölkə çempionatının XXXII turunun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Lider "İnter" "Xəzər Lənkəran"ı 2 cavabsız qolla məğlub edib. Bununla da xal hesabını 66-ya çatdıran "bankirlər" mövsümün sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
"Qarabağ" "Neftçi"ni 3:2 hesabı ilə yenib. "Qəbələ" "Simurq"a 4:1, "Bakı" "Sumqayıt"a 3:1 hesabı qalib gəlib. AZAL - "Rəvan" oyununda isə 3 qol vurulub.
Əvəzedici heyətlər
2013/14 mövsümü
IV dövrə, XXXII tur
26 aprel
AZAL - Rəvan 2:1
Qollar: Aydın Qasımov, 37. Camal Məmmədov, 90+2 (avtoqol) - Kamil Nurəhmədov, 42.
Qəbələ - Simurq 4:1
Qollar: Elnur Mustafazadə, 36. Nuran Qurbanov, 47; 61; 76 - Asim Babazadə, 86.
Qarabağ - Neftçi 3:2
Qollar: Bilal Abbaszadə, 45. Təmkin Xəlilzadə. 87. Elmir Namazov, 89 - Cavid Muxtarzadə, 60. Fəhmin Muradbəyli. 79.
Sumayıt - Bakı 1:3
Qollar: İsa Zeynallı, 27 - Elmin Əsgərli, 5. Budaq Nəsirov. 46-pen. Valeh Seyidov, 87.
İnter - Xəzər Lənkəran 2:0
Qollar: Ülvi İbazadə, 38. İlqar Ələkbərov, 52.
№ | Komanda | O | Q | H | M | T/F | Xal |
1 | İnter | 32 | 20 | 6 | 6 | 87-41 | 66 |
2 | Qəbələ | 32 | 15 | 9 | 8 | 50-38 | 54 |
3 | Simurq | 32 | 14 | 9 | 9 | 51-44 | 51 |
4 | Xəzər L | 32 | 13 | 8 | 11 | 58-44 | 47 |
5 | Bakı | 32 | 12 | 11 | 9 | 48-47 | 47 |
6 | Qarabağ | 32 | 13 | 5 | 14 | 46-48 | 44 |
7 | Neftçi | 32 | 11 | 9 | 12 | 54-55 | 42 |
8 | Rəvan | 32 | 8 | 13 | 11 | 43-46 | 37 |
9 | AZAL | 32 | 9 | 5 | 18 | 44-75 | 32 |
10 | Sumqayıt | 32 | 6 | 3 | 23 | 34-75 | 21 |
Bombardirlər: Mirsahib Abbasov (İnter) - 18. Oruc Balaşlı (Simurq) - 16. Cavid Muxtarzadə (Neftçi) - 15. Ramil Mansurov (İnter), Tural İsgəndərov (Qarabağ) - 13. Ehtiram Şahverdiyev (Qəbələ) - 12. Nurxan Mənsimzadə (İnter), Raul Yaqubzadə (Bakı) - 11.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol