Milinko Pantiç "Sumqayıt"la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi komandasından razı qalıb:
“Bu gün yaxşı oynadıq. Amma il boyu özünü biruzə verən çatışmazlıqlarımız var. Futbolda möcüzələr olmur. Yaxud bir dəfə olur. Yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Elvin Məmmədovun oyununu xüsusilə qeyd etmək istəyirəm. Futbolda çox qol vuran yekunda qalib olur. Fikrimcə, bu gün iki xal itirdik. Növbəti mövsümdə bu çatışmazlıqların olmayacağına inanıram. Qarşıma Avroliqaya vəsiqə qazanmaq məqsədi qoyulmayıb, bunu hamı bilir. Məndən komanda yaratmaq istənib. Mənə hələ 3 il də dözməli olacaqsınız”.
Fanat.az