Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə böyüklər arasında çoxnövçülük üzrə təsnifat yarışlarına start veriləcək. Onlar həm çoxnövçülükdə finala vəsiqə uğrunda, həm də fərdi yarışlarda mübarizə aparacaqlar. Bu gün zəriflər halqa və top ilə kompozisiyalar ifa edəcəklər.
Azərbaycanı fərdi yarışda Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcək.
Qeyd edək ki, Gövhər İbrahimova, Səkiəıxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıxova və Zöhrə Cəfərovadan ibarət qrup hərəkətləri üzrə gənclərdən ibarət komanda çoxnövçülükdə bürünc medal qazanıb. Qitə birinciliyində ümumilikdə 38 ölkədən 315 gimnast iştirak edir.