Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın üçüncü günündə böyüklər arasında çoxnövçülük üzrə təsnifat mərhələsinə yekun vurulacaq. Bu gün zəriflər gürz və lentlə kompozisiyalar ifa edəcəklər.
Azərbaycanı fərdi yarışda Zöhrə Ağamirova və turnirin debütantı İlona Zeynalova təmsil edir.
Bir gün əvvəl Zöhrə halqa və topla finala yüksəlib. O, çoxnövçülükdə beşincidir.
Qeyd edək ki, daha əvvəl Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zöhrə Cəfərovadan ibarət qrup hərəkətləri üzrə gənclərdən ibarət komanda çoxnövçülükdə, eləcə də beş topla çıxışda bürünc medal qazanıb.