İngiltərənin “Manchester United” klubunun sabiq müdafiəçisi Denis İrvinin azerisport.az saytına müsahibəsi
- Öncə səfərinizlə bağlı təəssüratlarınızı bilmək istərdik...
- Hələ çox şey görməmişəm. Amma gördüklərim xoşuma gəlib. Artıq bir neçə gündü burda uşaqlarla çalışan məşqçilərimizin mənə verdiyi məlumatlara əsasən deyə bilərəm ki, ölkəniz çox xoş təsir bağışlayır. İndiyə qədər heç vaxt Azərbaycana gəlməmişdim. Komandalarınıza qarşı da oynamamışam.
- Tofiq Bəhramovu da tanımırsız?
- Düzünü desəm, onun Azərbaycanda olduğunu heç bilmirdim.
-Yəqin ki, Azərbaycan şirkəti ilə əməkdaşlığınızı nəzərə alsaq, bu, Bakıya son səfəriniz olmayacaq...
- Bu əməkdaşlıq sizin şirkətdən asılıdı. Görək, bu, necə inkişaf edəcək.
- Azərbaycanlı futbolçuların inkişafı üçün onlara nə məsləhət verərdiniz?
- İlk növbədə onu qeyd etmək istəyirəm ki, uşaqları 6-10 yaşlarında futbola qoymaq lazımdı. Ötən il ölkənizdə 17 yaşadək qızlardan ibarət yığmalar arasında dünya çempionatı keçirildi. Deməli, Azərbaycanda paralel olaraq qadın futbolu da inkişaf etdirilir.
- Sizin seçdiyiniz 32 azərbaycanlı uşaqdan hansısa gələcəkdə MY-nin futbol akademiyasına aparıla bilər?
- Bu layihənin MY-nin akademiyası ilə heç bir əlaqəsi yoxdu. Ona görə də, çətin ki, dediyiniz baş tutsun.
- MY-nin skautları dünyada ən yaxşılardan hesab olunurlar. Bunun sirrini açıqlaya bilərsiz?
- Çox sadə. Biz bütün istiqamətlərdə məqsədyönlü işlər görürük. Bizim akademiyanın az qala bütün dünyada seti var.
- Bəs bu skautlar Azərbaycana nə vaxt ayaq açacaqlar?
- Biz yaxşı futbolçuları hər yerdə axtarırıq. Əgər yaxşı futbolçunuz olsa, MY-də peyda ola bilər.
İdman24.az