İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Samirə Qəhrəmanova və Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.
Azərbaycan Gimnastika Federasiyasından Fanat.Az-a verilən məlumata görə, idmançılar artıq sözügedən şəhərə yollanıblar.
Qeyd edək ki, yarış 25 - 28 mayda gerçəkləşəcək.