Azərbaycanın Madridin “Atletiko” klubunun formasının üzərində olan “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan reklam dünyanın ən orijinal yeddi reklamından biri olub. Qol.Az-ın xəbərinə görə, bu haqda sportdialog.ru saytı məlumat verib.
Siyahıda həmçinin Andrey Şevçenkonun iştirakı ilə çəkilən Çin şirkətinin samokat reklamı, “Şaxtyor”lu futbolçuların çəkildiyi Rinat Axmetova məxsus AZS yanacaqdolma məntəqələri şəbəkəsinin reklamı, Yunanıstanın “Paliopirqos” klubunun dəfnetmə agentliyinin reklamı, türkiyəli futbolçu Erkut Ergillgurun çəkildiyi reklam, Yunanıstanın “Vokefalas” klubunun çəkildiyi reklam, o cümlədən Aleksandr Əliyev, Sergey Semak, Andrey Tixonov, Sergey İqnaşeviç və CSKA-nın baş məşqçisi Leonid Slutskinin iştirakı ilə hazırlanan “Kitab oxu” adlı aksiyanın reklamı yer alıb.
İdman24.az