"Bakcel Arena"nın ot örtüyünün dəyişdirilməsi barədə xəbər vermişdik. Bu səbəbdən bir müddət stadionda oyun keçirmək mümkün olmayacaq.
Bəs görəsən, "Neftçi" ev oyununu harda keçirəcək. "Ağ-qaralar" Premyer Liqanın son 3 turundan 2-də səfərdə, birində isə evdə oynayacaq. Fanat.az xəbər verir ki, "Neftçi" "Rəvan"la XXXV turun oyununu PFL-ə ehtiyat stadion kimi sifariş etdiyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcək.
Fanat.az