“Joze Mourinyo əla məşqçidir, ancaq biz bilirik ki, Karlo Ançelotti böyük mütəxəssisdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın hücumçusu Lionel Messi deyib.
Argentina milli komandasının futbolçusu Joze Mourinyonun “Çelsi”yə gedişini və Karlo Ançelottinin “Real”a keçidinə şərh edib: “Mourinyonun yenidən “Çelsi”də müvəffəqiyyət qazanacağını düşünürəm. Çünki o, böyük məşqçidir. İspaniya La Liqası çətin çempionatdır. Bu, həmişə belə olub. Hər halda, biz güclü komandalarla mübarizə aparacağıq. Heyətində çox yaxşı oyunçuları olan “Real” kimi rəqiblərimiz olacaq”.
İdman24.az