Badmintonçumuz Keişa Fatimə Zəhra Polşada keçirilən Avropa Oyunlarında ilk görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, qadın badmintonçuların şəxsi yarışında D qrupunda ilk görüşündə Litva badmintonçusu Samanta Qolubikaite ilə qarşılaşan Zəhra inamlı qələbə qazanıb.
Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən badmintonçumuz rəqibini 2:0 (21-16, 21-19) hesabı ilə məğlub edib.
Keişa Fatimə Zəhra sabah qrup mərhələsinin ikinci turunda Moldova idmançısı Vlada Ginga ilə qarşılaşacaq.