"Çelsi"nin gənc oyunçusu Marko Marin yeni mövsümdə La Liqada forma geyəcək.
Qol.Az-ın London klubunun saytına istinadən verdiyi məlumata görə, futbolçu növbəti mövsüm "Sevilya"da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Marko ötən mövsüm "Verder"dən "Çelsi"yə 5 illiyə transfer olunub. Lakin oyunçu zədə səbəbindən son mövsüm yalnız 6 matçda forma geyib.
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol