"Zenit"in yeni transferi Andrey Arşavin keçmiş komandası "Arsenal" haqqında danışıb.
Qol.Az-ın məlumatına görə, 32 yaşlı oyunçu "Sport Express"ə müsahibəsində London klubunda psixoloji olaraq çox çətinliklər yaşadığını deyib:
"Orada olmaq cəza kimiydi. Nə qədər çox çalışsanız da, oynamayacağını bilmək psixoloji olaraq çox çətindir. Az qala depresiyaya düşəcəkdim. Monotonluq məni çox yorurdu".
Arşavin həmçinin bildirib ki, keçmiş klubundan ayrılmaq qərarını yanvar ayından vermişdi: "İngiltərədə qalmaq istəmədim. Peşman deyiləm. Ayrılmaq zamanım gəlmişdi".
Qeyd edək ki, hücumçu "Zenit"lə iki illik müqavilə imzalayıb.