"Barselona"nın futbolçusu Andres İniyesta keçmiş klubu "Albasete"ni yenidən çətin vəziyyətdən qurtarıb.
Qol.Az-ın məlumatına görə, oyunçularına 240 min avro borclu olan klubun verəcəyi bu məbləği ispan yarımmüdafiəçi ödəyib.
Bu pullar futbolçulara ödənməyəcəyi təqdirdə isə "Albasete" 3-cü diviziondan 4-cü diviziona düşəcəkdi. Ancaq klubun səhmlərinin böyük hissəsinin sahibi olan İnyesta bu məbləği ödəyərək klubu böyük təhlükədən xilas edib.
Qeyd edək ki, bu, 29 yaşlı oyunçunun "Albeseta"ya ilk köməkliyi deyil. 2011-ci ildə də buna bənzər hadisədə İniyesta 420 min avrosundan keçmişdi.