19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Piza şəhərində təşkil olunmuş “Tuscany Football Cup 2013″ turnirində ilk oyununu keçirib. İdman24.az xəbər verir ki, “Empoli” klubunun 1994-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.
Namiq Ələskərovun dubl etdiyi oyunda digər qolu Budaq Nəsirov vurub.
İdman24.az