Əvəzedici heyətlər arasında ölkə çempionatında XXXV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Çempion "İnter" "Qəbələ"ni qəbul edib. "Şəfa" stadionundakı matçda 7 qol vurulub və meydan sahibləri 5:2 hesablı qələbə qazanıb.
"Neftçi" evdə "Rəvan"a uduzub - 1:2. "Xəzər Lənkəran" səfərdə "Simurq"la heç-heçəyə razılaşıb - 1:1. "Sumqayıt"la "Qarabağ" 2:2 hesablı heç-heçə edib. "Bakı" isə AZAL-ı 2:1 hesabı ilə yenib.
Əvəzedici heyətlər
2013/14 mövsümü
IV dövrə, XXXV tur
11 may
Simurq - Xəzər Lənkəran 1:1
Qollar: Nicat Muxtarov, 45+2 - Bəhruz Teymurov, 33.
Neftçi - Rəvan 1:2
Qollar: Orxan Qurbanlı, 39 - Elnur Abdulov, 10. Əli Əliyev, 82.
Bakı - AZAL 2:1
Qollar: Raul Yaqubzadə, 50. Rəsul Teymurxanlı, 65 - Adil Nağıyev, 30.
İnter - Qəbələ 5:2
Qollar: Mirsahib Abbasov, 25-pen; 55. Ülvi İbazadə, 40; 65. Nurxan Mənsimzadə, 52 - Ramazan Həsənov, 67. Ehtiram Şahverdiyev, 90+2.
Sumqayıt - Qarabağ 2:2
Qollar: Vüsal Buludlu, 27. Tural Məmmədli, 76 - Nicat Abbasov, 41. Fuad Məmmədzadə, 86-pen.
1 | İnter | 35 | 22 | 7 | 6 | 99-48 | 73 |
2 | Qəbələ | 35 | 16 | 10 | 9 | 54-44 | 58 |
3 | Simurq | 35 | 15 | 11 | 9 | 60-50 | 56 |
4 | Bakı | 35 | 14 | 11 | 10 | 51-49 | 53 |
5 | Xəzər L | 35 | 14 | 9 | 12 | 63-49 | 51 |
6 | Qarabağ | 35 | 13 | 6 | 16 | 51-56 | 45 |
7 | Neftçi | 35 | 11 | 10 | 14 | 56-62 | 43 |
8 | Rəvan | 35 | 9 | 14 | 12 | 49-52 | 41 |
9 | AZAL | 35 | 10 | 5 | 20 | 50-83 | 35 |
10 | Sumqayıt | 35 | 7 | 5 | 23 | 41-81 | 26 |
Bombardirlər: Mirsahib Abbasov (İnter) - 21. Oruc Balaşlı (Simurq) - 20. Cavid Muxtarzadə (Neftçi) - 16. Ramil Mansurov (İnter), Nurxan Mənsimzadə (İnter) - 14. Tural İsgəndərov (Qarabağ), Ehtiram Şahverdiyev (Qəbələ), Raul Yaqubzadə (Bakı) - 13.
Fanat.az