22:02 12.05.2014 634

"Neftçi" - "Rəvan": məşqçi fikirləri

Topaz Premyer Liqasının 35-ci turunda “Neftçi” “Rəvan”ı qəbul etdi. Hesabda geri düşməsinə baxmayaraq, “Neftçi” əzmkar oyunla qələbə qazandı - 2:1. Bu nəticədən sonra “ağ-qaralar” turnir cədvəlində üçüncü pilləyə yüksəldi.

Böyükağa Hacıyev (“Neftçi”nin baş məşqçisi): "Rəvan”la qarışıq oyun alındı. Çoxsaylı qol imkanları yaratmağımıza baxmayaraq, həlledici vuruş çatışmırdı. Rəqib iki hissə ərzində qapımıza bir zərbə vurdu, o da qol oldu. Oyunun gərgin keçəcəyini gözləyirdim. Medallar uğrunda qızğın mübarizə getdiyi kimi Premyer Liqada qalmaq üçün də “Sumqayıt”la “Rəvan” mübarizə aparır. Yaxşı ki, son anda futbolçular özlərində güc tapıb son nöqtəni qoya bildilər. Artıq çempionatın sonuna bir tur qalıb. “Simurq”a qarşı oyun da çox çətin keçəcək. Çünki, üçüncü yerin sahibi məhz bu oyunlarda müəyyən olunacaq. “Sumqayıt” çempionu məğlub etdi, bu, futbolda olan haldı”.

Güvənc Kurtar (“Rəvan”ın baş məşqçisi): “Son oyunlarda bəxtimiz gətirmir, bu gün də elə oldu. Oyunda Orxan Lalayev zədələndi, bizim üçün çox ciddi itkidi. Zədəli futbolçularımızın sayı çoxdu. Bu oyunda Oke Akpoveta olsaydı, daha yaxşı olardı, əsl ona görə oyun idi. İkinci hissənin sonlarına yaxın bir neçə qol imkanı əldə etdik. Sürətli futbolçuya ehtyacımız var idi. Oke olsaydı, mütləq qələbə qazana bilərdik. İkinci hissənin ilk 15-20 dəqiqəsində “Neftçi” üstün oynadı, bir neçə qol imkanı əldə etdi. Bizim də qol vurmaq üçün imkanlarımız oldu. Ayaz qapıçını keçsə də, boş qapıya qolu vura bilmədi. Künc zərbəsindən sonra qapımızdan qol buraxdıq. “Neftçi”ni təbrik edirəm. Mübarizəmiz son turda da davam edəcək. “Bakı”nı səfərdə məğlub etmişdik. Bu dəfə öz meydanımızda qarşılaşacağıq. Heyətimizdə zədəli futbolçuların olması məni narahat edir. Qapıçımız da bu gün zədələndi. 14-15 futbolçumuz var, 11 nəfər tapsaq gələn tur oyuna çıxa bilərik. Kubok oyunlarına üstünlük vermişdik. Futbolda bir futbolçu çox şeyi dəyişə bilər. Heyətdə itkilərin olması oyunumuza təsir edir. İkinci hissədə oyunu qazana bilərdik. Hakimliyin səviyyəsini bəyənmədim. Bütün mübarizələrdə bizim əleyhimizə qərar verdi, bir neçə epizodda rəqibə sarı vərəqə göstərmədi”.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

Facebookdan bizi izləməyi unutmayın.
X