"Şadam ki, "Qarabağ" çempion oldu. Mən “Neftçi”nin vitse-prezidenti işləyəndə, Qurban Qurbanov bu klubda oynayırdı. Mənim oyunçum idi. Sonra o, “Neftçi”nin baş məşqçisi oldu". Fanat.az xəbər verir ki, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib.
Dünən "Qarabağ"ın keçirdiyi ziyafətə qatılan Musayev klub rəhbərliyinə müraciət edib: "Qarabağ”ın rəhbərliyinə, Tahir Gözələ müraciət etmək istəyirəm. Xahiş edirəm, Qurban Qurbanova transferlərlə bağlı kömək edin. Sizin komandanız Avropada oynayacaq. “Qarabağ” məğlub olmamalıdı. Bu, vacib, həmçinin, siyasi məqamdı. Qurbanov isə bilməlidi ki, hər şey çempionluqla məhdudlaşmır”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol