Premyer Liqanın gümüş medallarını qazanaraq Avropa Liqasına vəsiqə əldə edən "İnter" transfer çalışmalarına start verib. Fanat.az xəbər verir ki, "Sumqayıt"dan Mirzağa Hüseynpuru heyətinə qatan "bankirlər" 4 futbolçusu ilə müqaviləni yeniləyib.
Belə ki, baş məşqçi Kaxaber Tsxadadzenin oğlu Baçana Tsxadadze, digər gürcülər - qapıçı Georgi Lomaya və müdafiəçi Laşa Salukvadze, həmçinin milliləşdirilmiş dağıstanlı müdafiəçi Arif Daşdəmirovla yeni müqavilə imzalanıb. Onlar daha bir il "İnter!in formasını geyinəcək.
Fanat.az