13:51 15.05.2014 774

35-ci turun taktiki mənzərəsi


Hücum xətti “donanda”

Araz Abdullayevsiz “Neftçi”nin “Rəvan”la oyun ərəfəsində futbolçu qıtlığından şikayətlənməyə haqqı yox idi. Zədədən dönən Ernst Nfor 2:1 hesabıyla qalib gəldikləri matçın ilk yarısında çulunu sudan çıxardısa, müdafiəçilər Böyükağa Hacıyevin köməyinə çatdı. Ənənəvi 4-2-3-1-ə bel bağlayan Hacıyevin hücum xəttində yer verdiyi Ruslan Qurbanov 2 qol fürsətini qaçırsa da, Bruno Bertuççi 45, Mahir Şükürov 88-ci dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur etdi.  Düzdü, hesabı erkən açan “sarı-qırmızılar” flaqmanın mərkəz müdafiəçilərinin mövqe səhvlərindən daha yaxşı yararlana bilərdi. Bu matçda Elvin Yunuszadə ilə Karlos Kardoso həm anlaşma sarıdan axsadı, həm də birəbir mübarizələrdə etibarlı görünmədi. İstənilən halda, ortada nəticə var. Əslində, ön xətt “donarkən” səhnəyə çıxan cinah müdafiəçiləri də “qanadlar”ın fəallığından xəbər verir. Mövsümün sonu yaxınlaşdıqca ümidləri tükənən “Rəvan”ın baş məşqçisi tale yüklü matçda hesabı qorumağın yolunu tapmayıbsa, haqqında müsbət fikirlər səsləndirmək absurddu.  Əla başlanğıcla üzücü sonluq uzlaşmır.

O qolu bir kənara qoysaq...

71-ci dəqiqədə zədələnib yerdə qalan Ruslan Məcidovun qoruduğu qapıya yol tapan Aleksandr Şoliçin və onun timsalında komandasının “feyr-pley”ə tüpürməsi faktdı. Hərçənd “Bakı” – AZAL matçında qonaqlar yetərincə cəsarətli oynayır, “şəhərlilər”in köməyinə oyunu yüksək səviyyədə keçirən kapitan qapıçı Aqil Məmmədov çatırdı. Tərlan Əhmədovun forvard Nedo Turkoviçi geri çəkib gənc Aydın Qasımovu nominal hücumçu mövqeyində oynatması pis ideya deyildi. Müdafiə xəttinin önündə Con Oluremi və Viktor İbokoyinin həvəslə döyüşdüyünü qabartmalıyıq. Hücum potensialı olan İbokoyinin “təyyarəçilər” əks-həmlələr təşkil edərkən vaxtında irəli atılıb ön xəttə dəstək verməsi diqqətdən yayınmadı.  Tərlan bəyin top almaq qabiliyyəti ilə seçilən Aleksandr Şemonayevdən cinah yarımmüdafiəçisi mövqeyində istifadə etməsinə gəlincə, “3 nömrə”də yalnız insaydlara xas zərbə texnikası çatmır. Aleksandrın Aqillə üzbəüz qaldığı epizodda müdafiəçi olduğu sezildi. Avroliqaya vəsiqə şansını 34-cü turda Qəbələdə itirən “zolaqlılar”ın oyun planında “artırmasından” söz açmaq isə absurddu. Milinko Pantiç maaşlarını ala bilməyən futbolçularından daha artığını tələb edə bilmir. Rauf Əliyev, Əfran İsmayılov kimi yerlilərin adını yenə “18-liy”ə salmayan serb Cavid Hüseynova son dəqiqələrdə şan verdi. Əcnəbinin oynatdığı 4-2-3-1-də xətlərarası əlaqə arzulanan səviyyədə deyildi. Kollektiv oyuna adına böyük ölçüdə nəsə görmədik. Fərdi ustalığı hesabına ara-sıra gözə dəyən ödənişli fiqurlar meydanda can qoyana bənzəmirdi.

Draqanın parladığı oyun

Avrokuboklara vəsiqə qazanmasa da, “bərk qoz” imicini bu mövsüm də qoruyan “Simurq” yubiley ilində əliboş qalan “Xəzər Lənkəran”la bərabərliyi sona yaxın baş verənlərə görə qazanc saya bilər. Uzatma dəqiqələrində özü qazandığı penaltini yerinə yetirərək,  2:2-ni rəsmiləşdirən Draqan Çeranın parlaq oyunu qeyd etməliyik. Zaqatalada dubl edən serb baxımsız alınmayan qarşılaşmanın ən yaddaqlan fiquru oldu. Salif Balloya start heyətində güvənən Georgi Çixradzenin nisbətən cəsarətli futbol istədiyi duyulurdu. Əvəzləmələrə diqqət yetirsək,  Oğuz Çətin 69-cu dəqiqədə Zohair Benuahini Slavik Alxasovla əvəzləyib müdafiəyəmeyillilərin sayını artırmaq arzusunu ortaya qoydu. Həmin vaxt hesabda bir top fərqi ilə öndə olan “gəmiçilər” qələbəni qoruya bilməyibsə, dəyişiklik faydasız sayılır.  Çixradzenin Nicat Qurbanov – Rəşad Eyyubov  dəyişikliyi xüsusi canlanmaya səbəb olmadı.

 “Gümüş” uğrunda antifutbol

1 xal “İnter”in “gümüş”ü qazanmasına bəs etdi. “Quru sülh”lə yekunlaşan qarşılaşmanın son yarım saatını yola verən tərəflərin bərabərliklə razılaşdığı hiss olunurdu. Ön xətdə zəif oynayan “Qəbələ” müdafiədə etibarlı çıxışla diqqət çəkirdisə, 5-2-2-1-dən faydalanan (Kaxaber Tsxadadze “Qarabağ”a 1:4 hesabıyla uduzana qədər bir neçə matçda xətti müdafiədən yararlanmışdı)  gürcü qonaqların hücumçularını “kilidləmişdi”. İkinci yarının sonlarında Baçana Tsxadadze 2, Arif Daşdəmirov 1 təhlükəli vəziyyət yaratsa belə, hesab cansıxıcı oyunun sifət cizgilərinə uyğundu.

Biri üçün ölüm-qalım, o biri üçün təcrübə meydanı

Çempion “Qarabağ”ın eksperimental heyətlə “Sumqayıt”da aldığı minimal hesablı yenilgini incələməyə dəyməz. Çempion futbolçuları oyuna kökləmək həmişə çətin olur. Ağdamlılar üçün önəm daşımayan görüşdə elitadan getmək təhlükəsini azaltmağı bacaran “Sumqayıt” isə olduqca istəkli görünürdü. İki forvardla oyuna başlayan meydan sahibləri vacib fiqurları vaxtından əvvəl istirahətə göndərən “köhlən atlar”ı 49-cu dəqiqədə vurduğu qolla üstələdi. Qurban Qurbanovun əvəzləmələri nəticədən çox oynamayanlara forma şansı verməyə hesablanmışdı. Ənənəvi 4-2-3-1-i zəif oyunçularla “bəzəyən” Qurban bəy belə desək, autsayderin xətrinə dəymədi.

Nihat, "Futbol+"

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X