Futbol üzrə UEFA Çempionlar Liqasının finalını idarə edəcək hakim açıqlanıb.
Mayın 25-də Londondakı məşhur "Uembli” (Wembley) stadionunda Almaniyanın iki komandası – "Bavariya” və "Borussiya” (Dortmund) arasındakı qarşılaşmanı italiyalı Nikola Rizzoli idarə edəcək.
Qeyd edək ki, final matçına əsas namizədlərdən biri türkiyəli Cüneyt Çakır idi. Lakin C. Çakırın bu il Çempionlar Liqasındakı "Mançester Yunayted” – "Real” (Madrid) matçında buraxdığı səhvlər UEFA-nın başqa namizədə üstünlük verməsinə səbəb olub. C. Çakır bu mövsüm idarə etdiyi son qarşılaşmada - mayın 12-də Türkiyə çempionatında "Fənərbağça” ilə "Qalatasaray” arasındakı matçda da kobud səhvlərə yol vermişdi.
APA