AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun 2013/14 mövsümü üçün son qərarlarını verib.
“Şahdağ”la matçın 85-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Kənan Cəfərov azarkeşlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, 3 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub.
“Neftçala” ilə oyunun 43-ci dəqiqəsində “Turan-T”nin futbolçusu Aqşin Sadiqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu 100 manat cərimə edilib.
“Karvan”la matçın 25-ci dəqiqəsində MOİK-in futbolçusu Elnur Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu 20 manat cərimələnib.
Fanat.az