"Sumqayıt" 2014/15 mövsümü üçün transfer çalışmalarına start verib. Fanat.az xəbər verir ki, müdafiəçi Bəxtiyar Həsənalızadənin müqavilə müddəti artırılıb. 21 yaşlı futbolçu daha bir il "Sumqayıt"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə 3 mövsümdü "Sumqayıt"da çıxış edir. Müdafiəçi başa çatan mövsümdə 23 rəsmi oyuna çıxıb və 1743 dəqiqə oynayıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol