19:14 20.05.2014 746

36-cı turun taktiki mənzərəsi


Zəif fiqurlarla alınmır

Məlum səbəbdən “Qarabağ”ın ev oyunlarını keçirdiyi “Tofiq Bəhramov”da meydan sahibi statusuyla oynayan “Xəzər Lənkəran”ın ağdamlıları 2:1 hesabıyla yenməsinin səbəbini məşqçi Oğuz Çətinin dahiyanə gedişləri ilə bağlamaq absurddu. Ənənəvi sxemdən faydalanan Qurban Qurbanov matça gözlənildiyi kimi, eksperimental heyətlə başladı. Qara Qarayev və Rəşad Sadıqovun timsalında 2 təcrübəlini oyuna ikinci yarının ortalarında qoşan “köhlən atlar”ın çalışdırıcısı zəif ifaçılarla güvəndiyi oyun tərzinin effek vermədiyini gördü. Maksim Medvedev müdafiənin mərkəzində yer almışdısa (Bədavi Hüseynovun yoxluğunda Medvedevin oynadığı cinah – müdafiənin sağı İlqar Qurbanova tapşırılmışdı), oyun qurucusu mövqeyində Toğrul Bilallı, yarımmüdafiənin solunda Təmkin Xəlilzadə kimi, mövsüm boyu ehtiyatda qalmış adlar idi. Xəlilzadəni əvəzləyən Tural İsgəndərov haqda da eyni sözləri deyə bilərik. Reynaldosuz, Riçard Almeydasız, Bədavisiz,  Çumbinyosuz, Muarem Muaremsiz, Leroy Corcsuz “Qarabağ”ın oyunun sonlarına yaxın buraxdığı qol sayəsində yenilməsi təbii qarşılanmalıdı. “Gəmiçilər”in futbolçuları baş məşqçi postunda baş verəcək dəyişiklik ərəfəsində özünü göstərməyə borclu idi.

Əbdülvahid uzatma dəqiqələrində fərqlənibsə...

“Bürünc” naminə “Sumqayıt”ı devirəcəyi şübhə doğurmayan “Qəbələ” təəccübləndirmədi. Ötən tur olduğu kimi hesabı açıb müdafiə olunmağa çalışan “Sumqayıt”ın topla səliqəli davranaraq, nəticəyə getmək arzusu gözündə qaldı. Bəlli enişin ardından toparlanan, “bürünc”ə yerikləyən “qırmızı-qaralar” ustalıq səviyyəsi yüksək olan legionerlərin hesabına 3:1-ə sevindi. Hə, Yuri Syominin adətən döyüşə sonradan atdığı Əbdülvahid Afolabinin oyunda son nöqtəni qoyması qabardılmalıdı. Onun uzatma dəqiqələrində fərqlənməsi isə bölgə təmsilçisinin sonadək hücumlara ara vermədiyinə, qonaqlardan çəkinmədiyinə sübutdu. Yenilgiyə rəğmən, elitadan getmədiyinə sevinən sumqayıtlılar iddialı rəqibə qonaq qismində bacardığı qədər müqavimət göstərdi.

Dramatik sonluq

“Rəvan” tale yüklü qarşılaşmada ölkə kubokunda “önündən sildiyi” “Bakı”ya uduzaraq, elitayla vidalaşdı. “Sarı-qırmızılar”ın dərdinə dərman olmayan Güvənc Kurtar yetirmələrini oyuna pis hazırlamamışdı. Lakin autsayderin halına acımayan “zolaqlılar” əlavə söz-söhbətə yer qoymadı. Milinko Pantiçin yetirmələri 90-cı dəqiqədə buraxılan 2 qoldan birinin əvəzini çıxan “Rəvan”ın premyer-liqadan əzmkar yenilgiylə getməsinə də imkan vermək istəmirdi. Rauf Əliyevin əvəzinə meydana çıxan Tural Qürbətovun 90+1-də fərqlənməsi, Xuan Manuel Vareanın 3 dəqiqə sonra hesab arasındakı fərqi azaltması gərgin sonluğun ən parlaq nümunəsidi. Hiss olunurdu ki, autsayderin taleyi əli hər yerdən üzülən “şəhərlilər”in vecinə deyil. 4-2-3-1-dən məharətlə faydalanan Pantiç  autsayderin “boynunu vurdu”.

Tsxadadzenin sxemi belə də işləyir

“Gümüş”ü təmin edən “İnter”in baş məşqçisi mövsümün son görüşündə Azər Salahlı, İlqar Ələkbərov, İlkin Sadıqov kimi gənclərin də özünü göstərməsinə şərait yaratdı. Fuad Bayramova sol, Abbas Hüseynova sağ cinah müdafiəçisi mövqeyində start heyətində güvənən Kaxaber Tsxadadzenin yetirmələrinin “təyyarəçilər”i eksperimental heyətlə üstələməsi yaxşı məşqçi işi anlamına gəlir. 9-cu dəqiqədə bu oyunda dubl edən Dieqo Madriqalla 2-ci topu vuran “bankirlər” rəqibin işini 9 dəqiqəyə bitirdi. Növbəti mövsüm komandada oynamayacaq legionerlərin siyasını müəyyənləşdirən Tərlan Əhmədov da Əbülfəz Hüseynliyə 87-ci  dəqiqədəforma şansı verməklə, yerli gənc  axtarışında olduğunu nümayiş etdirdi.  3:1 hesablı qələbə bank təmsilçisinin ikinci yerə layiq komanda olduğunu bir daha təsdiqlədi.

“Bürünc” kimə lazımdı?

Zaqatalaya əsas heyət oyunçularının çoxunu aparmayan “Neftçi” şimala Böyükağa Hacıyevsiz yollanmışdı. Ölkə kubokunun finalını düşünən “ağ-qaralar” Bəxtiyar Musayevin rəhbərliyi altında istəkli görünürdü. Fasilə ərəfəsində Elvin Yunuszadə “qırmızı” alsa belə, “Simurq” yarımcan flaqmanı üstələməyi bacarmadı.  “Bürünc”ü “quru” heç-heçə nəticəsində “Qəbələ”yə güzəştə gedən “Neftçi”nin mükafatçılar sırasına düşməyi uğur saymaması faktdı. Ehtiyatda qalan Ruzi Qiyaslı, Fəhmin Muradbəyli, Cavid Muxtarzadə, Aqşin Qurbanlının oynamamasını isə “qamçılamağa” dəyməz. Bu yaşda gənclərə “18-lik”də olmaq da təcrübə qazandıra bilər. 90+3-də süni qazon üzərinə ayaq basan Orxan Qurbanlının nəyə qadir olduğunu görməyə imkan tapmayanlar növbəti mövsümü gözləsin.


Nihat, "Futbol+"

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

Facebookdan bizi izləməyi unutmayın.
X