Azərbaycanda "Qol güləşi İdman klubu" barəsində məhkəməyə müraciət olunub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, artıq klub barədə inzibati ittiham iş başlanıb.
İdman qurğusu İnzibati Xətalar Məcəlləsinin 496.1 maddəsini pozmağa görə günahlandırılır.
Qeyd edək ki, müvafiq maddə özündə gömrük qaydalarının pozulmasını ehtiva edir.
İş baxılması üçün Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilib.
Müvafiq maddəyə görə fiziki şəxslər üçün əlli manatdan yüz manatadək, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək, hüquqi şəxslər üçünsə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Mirağa