Topaz Premyer Liqasının 36-cı - sonuncu turu çempionatın iki autsayderi üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, son pillələrdə qərarlaşan “Sumqayıt”la “Rəvan” yüksək dəstədə yubiley - 100-cü matçlarını keçirib.
2011-ci ildə Premyer Liqada debüt edən cütlük əvvəlki 2 mövsümdə 32, özlərinin 3-cü mövsümündə 36 çempionat matçına çıxıb. Hər iki komanda yubiley matçında 3 qol buraxıb. “Sumqayıt” “Qəbələ”yə 1:3, “Rəvan” “Bakı”ya 2:3 hesabı ilə uduzub.
Premyer Liqanı tərk edən “Rəvan” 100 oyunda 26 qələbə qazanıb, 25 heç-heçə edib və 49 dəfə uduzub. Bakılılar 107 top vurub və 156-nı buraxıb. Onlar 3 mövsümə ümumilikdə 93 xal toplayıb.
“Sumqayıt” isə 84 xalı 20 qələbə və 24 heç-heçə ilə yığıb. 56 məğlubiyyəti olan komanda 85 qol vurub, 162-ni buraxıb.
Fanat.az