18:36 21.05.2014 513

"Səhv deyirəmsə, telefonu vurun başıma"- mətbuat konfransı

“Çalışacağıq ki, sabah azarkeşlərimizə bayram əhval-ruhiyyəsi yaşadaq. “Qəbələ” çox yaxşı komandadı. Ancaq unutmasınlar ki, onların rəqibi “Neftçi”di”. Fanat.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

 

Sabah ölkə kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaq paytaxt təmsilçisinin çalışdırıcı oyunöncəsi mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran Hacıyev komandasından yalnız qələbə gözlədiyini dilə gətirib: “Çalışacağıq ki, kuboku qazanaq. Yəqin ki, bu istək “Qəbələ”də də var. Gəlin, tələsməyək. 24 saatdan sonra oyunun şahidi olacaqsınız”.

 

Hacıyev ardından bəzi həmkarlarına söz atmaqdan da çəkinməyib: “Ünvanıma irad səsləndirən məşqçilər Milandakı oyundan sonra mənə dedilər ki, siz tarix yazdız. Mən deməmişəm ki, Azərbaycan futbolunun tarixini yazmışam. Mənim üçün hələ tezdi. “Neftçi” yeganə klubdu ki, ardıcıl 3-cü dəfə Azərbaycan çempionatında kubokun finalında oynayır. O məşqçi məni müzakirə edər ki, göstərdiyi nəticələrə görə mənimkindənyüksək olsun. Çox təəssüf, azərbaycanlı məşqçilər bir-birini sevmir. Deyin görək, məndən başqa, legioner məşqçilərə söz deməkdən çəkinməyəm məşqçi var? Mənim barəmdə fikir bildirən Şahin Diniyev və Nazim Süleymanov olub. Nazim futbolçu kimi yaxşı olsa da, məşqçi kimi bir işi olmayıb. Şahin işləyəndə haqqında söz deməmişəm. Baxıram ki, gərək deyəydim. Onun vaxtında gəncləşdirmə siyasətindən əsər-əlamət yox idi. Millidəki gənclərin yaşı 100-ə çatmışdı. Qurban Qurbanovu alqışlayıram. Mən demişəm ki, Azərbaycan futbolunda tarix yazmışam. Səhv deyirəmsə, telefonu vurun başıma. Nikosiyada bəxş etdiyimiz sevinci harda sizə bəxş edən olmuşdu? Gəlin, paxıllıqdan uzaq olaq. Bu gün mən ensiklopediyayam. Açaram sandığı, tökərəm pambığı. Mən neyləyim ki, Kərim Diniyev “Neftçi”də özünü göstərə bilmədi. Özümü qurban verməliydim?”

 

O, Araz Abdullayevlə Mahir Şükürovun yoxluğunun flaqmana ciddi çətinlik törətməyəcəyini vurğulayıb:  Bizdə əvəzolunmaz futbolçu yoxdu. Məqsəd İsayev onu çox gözəl əvəzləyir. Eləcə də Araz Abdullayevin yoxluğunda Samir Məsimov özünü yaxşı tərəfdən göstərdi”.

 

Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:05

''Beşiktaş'' ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X