"Qarabağ" müqaviləsinin müddəti başa çatan futbolçularla danışıqlar aparmağa davam edir. Fanat.az xəbər verir ki, daha öncə Qara Qarayev, Ansi Aqolli, Admir Teli ilə müqavilə imzalayan Ağdam klubu daha bir futbolçuya imza atdırıb.
Belə ki, İlqar Qurbanov növbəti mövsümdə də"Qarabağ"ın uğurları üçün çalışacaq. 2011-ci ilin yanvarından "Qarabağ"ın formasını geyinən istedadlı futbolçu 1 illik sazişlə "Qarabağ"a xidmət edəcək.
Qeyd edək ki, "Mersin İdman Yurdu"ndan transer olunan sabiq milli futbolçu başa çatmaqda olan mövsümdə daha çox müdafiənin cinahlarında çıxış etsə də, baş məşqçi Qurbanovdan yarımmüdafiənin cinahlarında eyni zamanda hücumda da yararlanıb.
27 yaşlı futbolçu klub saytına verdiyi açıqlamada yeni müqavilə haqda danışıb: "Yenidən "Qarabağ"ın formasını geyinəcəyiməçox məmnunam. Artıq 4 ildi ki, "Qarabağ"dayam. Özümü burda evimdəki kimi hiss edirəm. "Qarabağ"da olan mehribanlıq, kollektivçilik bir futbolçu üçün əla stimuldu. Biz bir ailə olaraq bütünləşərək çempion olmağı bacardıq. İndi məsuliyyətimiz daha da artıb. "Qarabağ" formasının haqqınıödəmək üçün əlimdən gələn hər şeyi edəcəm. Qarşıdan çətin dönəm gəlir. Avrokuboklarda hər kəs bizdən uğur gözləyir. Amma ilk növbədə yaxşıca hazırlaşıb ölkəmizi layiqli şəkildə təmsil etməyəçalışacağıq. Azarkeşlərimizi də "Qarabağ" ətrafında daha sıx birləşməyə səsləyirəm".
Fanat.az