“Neftçi”nin yeni transferi Pavel Doroşevin “Neftçi”də hansı forma altında çıxış edəcəyi müəyyənləşib. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, latviyalı qolkiperə “1” nömrəli futbolka verilib. “Neftçi”də digər qapıçılardan Emil Balayev 12, serbiyalı Saşa Stamenkoviçə “30” nömrəli forma məxsusdur.
Qeyd edək ki, Pavel ölkəmizdə ilk klubu olan “Qəbələ”də 12 nömrəli formanı daşıyırdı.
İdman24.az