Transfer çalışmalarını davam etdirən "İnter" Elvin Məmmədov heyətinə qatıb. Fanat.axz xəbər verir ki, "Bakı"dan ayrılan yarımmüdafiəçi ilə bir illik müqavilə bağlanılıb.
Peşəkar futbolçu karyerasına "Turan"da (2005-2007, 47 oyun, 3 qol) başlayan Elvin 2007-ci ildə "İnter"ə transfer olunub. İki il ərzində bank klubunun formasını geyinmiş 25 yaşlı yarımmüdafiəçi sonrakı illərdə "Qarabağ" və "Bakı"da çıxış edib. O, 2007/08 mövsümündə "İnter"lə Azərbaycan çempionu olub.
Müxtəlif illərdə aşağı yaş qrupları üzrə yığma komandalarımızın formasını geyinmiş Məmmədov 2008-ci ildən A milliyə dəvət alır. O, əsas yığmada 31 oyun keçirib və 7 qol vurub.
Fanat.az