"İnter" Cavid Hüseynovu transfer etmək istəyindən vaz keçməyib. Bu barədə Fanat.az-a klubun prezidenti Georgi Nikolov məlumat verib.
Klub rəhbəri bildirib ki, Cavid əvvəlcə "Bakı" ilə problemini həll etməlidi: "Cavid Hüseynovdan əlimizi üzməmişik. Onun "Bakı" ilə bir illik müqaviləsi var. Klubu ilə problemini həll etsə, müqavilə bağlayacağıq".
Qeyd edək ki, Cavid Hüseynov 2008/09 mövsümündə "İnter"də çıxış edib. Ötən ildən "Bakı"nın formasını geyinən 26 yaşlı yarımmüdafiəçi əvvəllər "Turan", MOİK, "Olimpik" (indiki AZAL), "Neftçi" və Türkiyənin "Adana Dəmirspor" klublarında çıxış edib.
Fanat.az