14:38 01.11.2023 847

"2024-də iki böyük layihəmiz olacaq" - Ad gününü qeyd edən kanalın baş redaktoru

Bu gün "CBC Sport" telekanalı üçün əlamətdar gündür. 

Fanat.Az xəbər verir ki, kanalın 8 yaşı tamam olur.

2015-ci ilin bu günündə ölkədə ilk dəfə HD təsvir formatında rəsmən yayıma başlayan "CBC Sport" qısa müddətdə bir sıra uğurlara imza atıb. Azərbaycan Premyer Liqasının, milli komandanın bir çox oyunlarının, həmçinin əksər beynəlxalq yarışların rəsmi yayımçısı məhz bu telekanaldır. Telekanalın yarandığı ilk gündən onun sıralarında olan, baş redaktor Şəmsəddin Abbasovla "ad günü müsahibəsi" etdik.

- İlk növbədə dostları maraqlandıran sual: ad gününüzü harada və necə qeyd edəcəksiz? 
- Buna vaxtımız yoxdur. Biz işdəyik. Ona görə ki, daim bizi izləyəsiniz (gülür).

- Geriyə boylanıb keçdiyiniz 8 illik bu yolla bağlı nə deyə bilərsən? 
- Əslində inanmağım gəlmir ki, artıq 8 ili geridə qoyduq. Sanki hər şey dünən başladı. 2015-ci ilin avqust ayı... Hər şey o qədər sürətlə baş verdi ki, bəlkə də Azərbaycan teleməkanında tarixi rekorda imza atdı. Bəlkə yox, bu elə belədir. İki aya lisenziya aldıqdan sonra kanal yaradıldı və test yayıma çıxdı. Noyabrdan etibarən isə rəsmi yayıma başladıq. Bu müddət ərzində sözsüz ki, bir çox böyük layihələr oldu. Bir çox ilklərə imza atdıq. Azərbaycanda 100 faiz HD keyfiyyətdə yayımlanan ilk kanal olduq. Bu da bir tarixi uğurumuzdur. Bir çox gənclərə qucaq açdıq və öyrətdik.
Иu gün bizi sevindirir ki, vaxtı ilə "CBC Sport" məktəbini keçmiş əməkdaşlarımız müxtəlif federasiyalarda, klublarda və kanallarda əsas söz sahibləridirlər. Orda uğurla çalışırlar. Onlar bizdə qazandıqları təcrübəni işlərində yüksək səviyyədə davam etdirirlər. Yeni standartlarla yeni nəsilə bir məktəb olduq. Mütəmadi olaraq kastinqlər keçrildi. Təcrübəsi olmayan, jurnalistikanı bilməyən, amma istəkli olan, bu işi sevən gənclərə bir məktəb olduq. Bu gün çox sevinirik ki, həmin gənclər artıq Azərbaycan idman jurnalistikasının tanınmış simalarına çevriliblər.

- Sizin üçün ən yaddaqalan il hansı olub? 
- Bütün illər yadda qalandır. Çətinliklərimiz də olub, böyük layihələrimiz də. Bu gün fəxrlə qeyd edə bilərik ki, bizim texniki heyət idman yayımları baxımından Azərbaycanda bir nömrədir. Bunu təkcə biz yox, bir çox beynəlxalq qurumlar deyir. İstər Avropa Yayım İttifaqının, istər UEFA-nın - hansılar ki, yayım tələbləri dünyada ən yüksəkdir - Azərbaycanda və ümumən Qafqaz regionunda bizimlə əməkdaşlıq etmələri və bizə üstünlük vermələri sevindirməyə bilməz. Bundan başqa, bir çox federasiyamız bu gün "CBC Sport"la işləmək arzusundadır. Bu da bizi sevindirir. Deməli, bu etibarı qazanmışıq. Yayım coğrafiyamız bir xeyli genişlənib. Biz həm ölkə idmanına, həm ölkə futboluna, eyni zamanda dünya futboluna və dünya idmanına böyük diqqət ayırırıq. Efirimiz kifayət qədər zəngindir. İlk illər çətinliklər çəkirdik. Amma yavaş-yavaş ölkədə bir nömrəli idman kanalına çevrilə bildik. Bunu tək mən demirəm. Bunu çoxsaylı idman azarkeşləri və idman ailəsinin rəsimləri təsdiqləyə bilərlər. Ən əsası, bunu reytinqlər təsdiqləyir ki, tematik kanal olmağımıza baxmayaraq, bəzi hallarda ümumrespublika kanallarını qabaqlamağa nail oluruq.

- 2024-cü il üçün planlarınız, yeniliklər nə olacaq? İzləyicilər hansı layihə və yayımlar gözləsinlər?
- 2024-ci ildə böyük layihəmiz olacaq. Söhbət iki böyük layihədən gedir. Təəssüf ki, indi bunları açıqlaya bilməyəcəm. Bilirsiz ki, müqavilə bağlanmayana qədər və tam təsdiq olunmayana qədər bu məlumatı paylaşa bilmərik. Amma əmin olun ki, biz bu istiqamətdə işimizi aparırıq və heç vaxt yerimizdə dayanmayacağıq. Həmişə öz idmançılarımızın, tamaşaçılarımızın və futbolçularımızın yanındayıq.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X