«Neftçi»nin heyətinə qatmaq ismtədiyi Ernest Nfora daha bir müştəri çıxıb. Fanat.az xəbər verir ki, kamerunlu forvardı Belçikanın «Mons» klubu transfer etmək istəyir.
Bu barədə «Mons»un baş direktoru Alayn Lommers məlumat verib: «O, bizim kluba keçməyə tərəddüd edir. Ernest bizə dedi ki, Bakıda, Azərbaycanda 4 gün baxışdan keçəcək. Biz onun hazırkı niyyətini bilmək istəyirik, görək bizim kluba gəlmək istəyir, ya yox».
Qeyd edək ki, Belçikanın «Kortriyk» klubuna məxsus olan Nfor «Neftçi»də baxışdan keçib və bəyənilib. Afrikalı futbolçu klubu ilə razılığa gəlmək məqsədi ilə Belçikaya dönüb.
İdman24.az