23:41 06.06.2014 742

5 futbolçumuz "Mançester Yunayted"də - FOTOLAR
























Bu gün "Bakı"nın təlim-məşq bazasında keçirilmiş tədbirdə AFFA və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti “Mançester Yunayted” Yay Futbol Məktəbini müvəffəqiyyətlə bitirən uşaqlar sırasından Mançesterə səfər edəcək 5 nəfərin adını elan edib. Fanat.az xəbər verir ki, Vəliəhd Səmədov, Zərrər Məmmədov, Əli Abbasov, Ramin Nəsirli və Duraxan Dövlətxanov "Mançester Yunayted" klubunun Mançester şəhərindəki Yay Futbol Məktəbində hazırlıq keçmək şansı qazanıb.

Tədbirdə əvvəlcə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edib: "Artıq ikinci dəfədi ki, ölkəmizdə "Mançester Yunayted" Yay Futbol Məktəbinə seçimlər təşkil olunur. Bu proses respublikamızın, demək olar ki, bütün bölgələrini əhatə etdi. Seçimlərdə iştirak edən 800-ə yaxın uşaq arasından 32 nəfər seçilərək Bakıdakı təlim-məşq toplanışında iştirak etmək hüququ qazandı. Bu mərhələdə isə "Mançester Yunayted" Yay Futbol Məktəbindən dəvət olunmuş məşqçilər tərəfindən 5 nəfər seçildi. Ümid edirəm ki, bu uşaqlar gələcəkdə Azərbaycan futbolunun inkişafında pay sahibi olacaqlar".

"Bakcell" şirkətinin baş marketinq direktoru Aynur Abjanova seçimlərdə iştirak edən bütün uşaqlara minnətdarlıq edib: "Uşaqlara bu seçim prosesinə qatıldıqları üçün "çox sağ olun" deyirəm. Bu layihə Azərbaycanın müxtəlif bölgələrindən olan uşaqlar üçün unikal imkanlar yaradır. Ötən il Mançester şəhərinə səfər etmiş, eləcə də seleksiya prosesində sınaqdan keçmiş uşaqların böyük əksəriyyəti futbola daha ciddi yanaşmağa başlayıb. Layihənin yüksək səviyyədə təşkili üçün AFFA-ya təşəkkür edirəm. Ümidvaram ki, uşaqlar onlar üçün yaradılmış bu şəraitdən maksimum istifadə edə biləcəklər".

Təlim-məşq toplanışında iştirak etmək və qalib gələn uşaqları təbrik etmək üçün Bakıya gəlmiş "Mançester Yunayted" klubunun əfsanəvi oyunçusu Duayt York fikirlərini belə ifadə edib: "İkinci dəfədi ki, Azərbaycana səfər edirəm. Təşkilati işlər yüksək səviyyədədi və təbii ki, bu amil bizi sevindirir. Uşaqların həvəsli olması çox xoşdu. Həftə ərzində müsbət mənada fərqlənmiş 5 uşaq bəlkə də indiyəqədərki ən böyük arzularını gerçəkləşdirmiş olacaqlar. Bu, onlar üçün unudulmaz təcrübə olacaq. Mançesterdə keçəcəkləri hazırlıq onların gələcək futbol həyatına müsbət təsir göstərəcək. Azərbaycana qayıtdıqdan sonra təcrübələrini komanda yoldaşları ilə bölüşəcəklər. İnanıram ki, Mançester uşaqların xoşuna gələcək".

Toplanışda iştirak edən uşqların hər birinə xatirə medalı və sertifikat təqdim edilib.

Xatırladaq ki, məktəbin seçim turları AFFA-nın dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında (Tovuz, Gəncə, Qax və Sumqayıt) təşkil edilib. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 2-6 iyun tarixlərində "Bakı"nın bazasında “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçirilmiş təlim-məşq toplantılarında iştirak ediblər. 

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X