2014/15 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə qatıb. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi Tagim Novruzovla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu karyerası ərzində "Şahdağ", "Qarabağ", "Turan", MOİK, "Muğan", AZAL, "Rəvan" və "Simurq"un şərəfini qoruyub. Novruzov başa çatan mövsümdə Zaqatala klubunun heytində 11 rəsmi oyuna çıxıb və 551 dəqiqə oynayıb.
"Sumqayıt" bundan əvvəl "Simurq"dan Ruslan Poladovu, "Rəvan"dan isə Ramazan Abbasovla Aqil Nəbiyevi heyətinə qatıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol