Qərib İbrahimov, Emin Cəfərquliyev, Cahangir Həsənzadə və Ruslan Nəsirli ilə anlaşan “Araz Naxçıvan”ın növbəti transferi hücumçu olacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Əsgər Abdullayev milli komandamızın sabiq üzvü Vüqar Əsgərovu gətirir.
“Sumqayıt”dan ayrıldıqdan sonra Latviyaya getmiş Vüqar Əsgərov bu gün Azərbaycanda olacaq. 29 yaşlı hücumçu ilə Naxçıvan klubunun 1 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Əsgərov Latviyada “Metallurq”, “Elqava”, “Yurmala” kimi klublarda çıxış edib. Hücumçu bir müddət Azərbaycan yığmasına da dəvət alıb.
Fanat.az