Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda «Slima»nın qonağı olan «Xəzər Lənkəran»ın üç futbolçusu zədə alıb. Fanat.az xəbər verir ki, yay transferlərindən Junior Nildo, Zohair Benoauhi Vanderson Skarduelli zədələnib.
Belə ki, Niodo 50-ci dəqiqədə yerini Nikola Qliqorova, Skarduelli 9 dəqiqə sonra Adrian Pitə verib. Benoauhi isə 82-ci dəqiqədə zədələnib. Lakin əvəzetmə limiti bitdiyindən mərakeşli futbolçu zədəli halda oyuna davam edib. Onların durumuna bu gün aydınlıq gələcək.
Qeyd edək ki, Elnur Allahverdiyev qırmızı vərəqə aldığından cavab matçını buraxacaq.
İdman24.az