17:54 18.06.2014 588

"İnter"in yeni transferi Azərbaycana necə gəlib? - MÜSAHİBƏ

"İnter"in yeni transferləri Məhəmməd Mirzəbəyovun müsahibəsi

- Artıq üç həftədi “İnter”in düşərgəsindəsən. Yeni komandan barədə fikirlərini bizimlə paylaşmağınızı xahiş edirik.
- Emosiyalar çox müsbətdi. Komandanın belə mehriban olması xoşuma gəldi. Səmimi deyirəm ki, müxtəlif millət və mədəniyyət nümayəndələrinin belə möhkəm kollektiv yaratmalarını gözləmirdim. Komandaya asanlıqla qaynayıb-qarışdım. Kollektivə uyğunlaşma prosesi hər hansı bir problem yaratmadı.
 
- Bəs “İnter”ə keçmək barədə təklifi necə qarşıladın?
- Təklifi çox yaxşı qarşıladım, axı “İnter” neçə illərdi avrokuboklarda oynayır və yalnız yüksək yerlər uğrunda mübarizə aparır. Mən müsbət cavab verdim. Etiraf edim ki, klub haqqında, onun baş məşqçisi Kaxaber Tsxadadze barədə digər futbolçulardan maraqlandım və hamısı müsbət fikirlər söylədilər. Mənə çox xoşdu ki, belə ambisiyalı komanda mənimlə maraqlandı.
 
- “Sumqayıt”da çıxış etməzdən öncə “Anji”də oynayırdın. Karyeranın bu mərhələsi barədə bizə məlumat verməyini xahiş edirik.
- Mən “Anji”nin əsas heyətində ancaq bir dəfə meydana çıxmışam və bu hadisə Rusiya Kubokunun oyunlarından birində olmuşdu. Həmin matçda Roberto Karlosu əvəz etmişdim. Bundan başqa, Rusiya çempionatının 7 matçında sifariş vərəqəsinə düşmüşdüm, ancaq ehtiyat skamyasında qalmışdım. Buna baxmayaraq, bu kluba çox minnətdaram və xüsusilə də Hacı Hacıyevə təşəkkür edirəm. Etiraf edim ki, əvvəllər cinah yarımmüdafiəçi mövqeyində oynayırdım, ancaq cinah müdafiəsində çıxış etməmişəm. Hacı Hacıyev məni bu mövqedə gördü və məhz bu yerə görə əsas heyətə cəlb edirdi. 

- Maraqlıdı, bəs “Sumqayıt” səni necə tapdı və Azərbaycana necə gəldin?
- “Anji”nin əvəzedici heyətində “Amkar”a qarşı oyunda iştirak edirdim. Bu qarşılaşmanı “Sumqayıt”ın prezidenti Kamran Quliyev və komandanın o dövrdəki baş məşqçisi Bernhard Raab da izləyirdilər. Yeri gəlmişkən, həmin matçda hücumçu mövqeyində çıxış edirdim. Bir sözlə, həmin oyunda mənə diqqət yetirdilər. Xatırlayıram ki, daha bir oyunçu da onların xoşuna gəlmişdi. Artıq növbəti il icarə əsasında “Sumqayıt”a gəldim. Etiraf edim ki, sumqayıtlıların heyətində meydana çıxdığım ilk matçda əsas və əvəzedici komandalardakı oyunlar arasında böyük fərqin olduğunu hiss etdim. O zaman əvəzedici komandada matçlar əsas heyətə aparan yolda yalnız öz rolunu oynayan uşaq-gənclər səviyyəsindəki qarşılaşmalar kimi görünürdü. O zaman mənə məhz bu lazım idi. Bilirsiniz, mən hesab edirəm ki, hər bir gənc futbolçunun öz şansını almaq haqqı var. Təəssüf ki, “Anji”də bunu görmədim. O vaxt mənə böyük futbola, bu böyük sürətə və kişi mübarizəsinə keçiş lazım idi. Amma təəssüf ki, mənə oyun praktikası imkanını vermədilər. Onu məhz “Sumqayıt”da aldım.
 
- Bəs necə oldu ki, səni hücumçu kimi bəyəndilər, sonra sağ kənar müdafiəçi mövqeyində oynamağa başladın?
- Öncə məhz kənar hücumçu və ya yarımmüdafiəçi mövqelərində oynadım, hətta müdafiəçi olmağı düşünmürdüm. Ancaq komandamızda bu mövqedə oynayan bir çox yaxşı futbolçular var idi. Ruslan Qurbanov, Orxan Əliyev və Uğur Pamuk özlərini yaxşı tərəfdən göstərirdilər və matçların çox hissəsini ehtiyatda keçirməli olurdum. Bir qədər sonra sağ müdafiəçimiz zədə aldı və onun mövqeyi mənə etibar olundu. Baş məşqçi dedi ki, mənə şans verir və bu mövqedə “Kəpəz”ə qarşı oyunda meydana çıxdım. Həmin oyun 0:0 hesabıyla başa çatdı, mənim oyunum Bernhard Raabın xoşuna gəldi və artıq növbəti oyunda yenidən sağ müdafiəçi mövqeyində mübarizəyə qatıldım. Səmimi deyim ki, yenidən əsas heyətdə görünəcəyimi gözləmirdim. O vaxtdan sistematik olaraq sağ cinah müdafiəçisi rolunda oynamağa başladım.
 
- “İnter”də əsas heyətdə yer uğrunda sərt rəqabət var, eyni zamanda sənin mövqeyinə bir neçə namizəd var. Özünü əsas heyətə düşmək uğrunda mübarizəyə hazır hiss edirsən?
- Bəli, burada sağ müdafiəçi mövqeyində yaxşı oyun nümayiş etdirən təcrübəli Arif Daşdəmirov və perspektivli Abbas Hüseynov da var. Anlayıram ki, əsas heyətdə yer uğrunda mübarizə olacaq, ancaq hər şeyi baş məşqçi həll edir və məhz o, start heyətini müəyyənləşdirir. Özümü göstərməyə çalışacağam və baş məşqçinin diqqətini çəkməyə cəhd göstərəcəyəm. Məndən tələb edilənləri yerinə yetirməyə çalışacağam. Rəqabət hər yerdə var və böyük faydaları əhatə edir, axı əsas heyətə düşmək üçün həmişə səni yaxşı səviyyədə qalmağa məcbur edir. Biz əsas heyətdə sözdə rəqiblərik, axı hamımız klubun rifahı uğrunda çalışırıq. Arif Daşdəmirov artıq neçə ildi “İnter”də çıxış edir. O, ilk günlərdən mənə kömək edir və məsləhət verir.
 
- Yeri gəlmişkən, Avstriyada keçən toplanışda Arif Daşdəmirovla eyni otaqda qalırsan. Çox güman bu da “İnter”dəki karyeranın ilk mərhələsində uyğunlaşmaq baxımından daha bir üstünlükdü.
- Bəli, qeyd etdiyim kimi, Arif mənə çox kömək edir. Türkiyədəki toplanışın ilk günlərində o, mənə uyğunlaşmağa kömək etdi. Təkcə mənə yox, Abbas Hüseynova da kömək edirdi. Həqiqi əməkdaşlıq da məhz bundadı. Arif artıq uzun müddətdi Azərbaycan çempionatında iştirak edir və onun təcrübəsi gənc oyunçular üçün çox faydalıdı.
 
- Artıq Avstriyada ikinci toplanış gedir. Komanda kifayət qədər insensiv rejimdə məşq edir. Belə yükləmələrin öhdəsindən gələ bilirsən?
- Zaman keçdikcə buna öyrəşirsən. Məşqçi konkret tapşırıqların yerinə yetirilməsini tələb edir və sən də həmin tapşırıqların öhdəsindən var gücünlə gəlməyə çalışırsan. Onun sözləri ilk növbədə bizim üçün vacibdi. Bütün oyunçular güclənməli və bu inkişafa yalnız öz üzərində işləmək kömək edə bilər.
 
- Səni ilk dəfə avrokubok həyacanı gözləyir. Səncə, “İnter”dən Avropa Liqasından nə gözləmək lazımdı?
- Komandanın daha çox mərhələ keçməsini çox istəyirəm və biz bunun üçün lazım olanları etməliyik. Hazırda Avropa Liqasına hazırlıq gedir və bütün uşaqlar zəruri konsentrasiyayla çalışırlar. Qarşımızda konkret məqsəd dayanır və biz həmin məqsədə çatmalıyıq. İnşallah, daha uğurla çıxış edərik.

inter.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

Facebookdan bizi izləməyi unutmayın.
X