"Sumqayıt"da növbəti təyinat reallaşıb. Fanat.az xəbər verir ki, Azərbaycan millisinin sabiq müdafiəçisi İlham Yadullayev əsas komandada Aqil Məmmədovun köməkçisi təyin olunub.
38 yaşlı mütəxəssis 1 illik müqaviləyə imza atıb.
Karyerası ərzində "Neftçi", "Şəmkir", "Volın", "Tavriya", "Kəpəz" və "Karvan"da çıxış etmiş Yadullayev 1998-2004-cü illər ərzində 35 dəfə Azərbaycan millisinin formasını geyinib.
Fanat.az